Kanadada ayının hücumu nəticəsində 11 nəfər yaralanıb
Kanadada, Vankuverdən təxminən 700 kilometr şimal-qərbdə yerləşən Bella-Kula bölgəsində ayı bir qrup məktəbliyə və onların müəlliminə hücum edərək 11 nəfəri yaralayıb.Bu barədə "Daily Record" məlumat yayıb.
Dördüncü və beşinci sinif şagirdlərindən ibarət qrup gəzintidə olarkən ayı onlara hücum edib.
Yaralılardan ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə kritikdir. Polis və vəhşi təbiəti mühafizə xidmətinin əməkdaşları hadisə yerində işləyir. Hadisə səbəbindən yerli məktəbdə dərslər ləğv edilib.