Andrey Yermak istefa verib
Ukrayna Prezident Administrasiyasının (PA) rəhbəri Andrey Yermak istefa verib.Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yayımlanan videomüraciətində bildirib.
Zelenski qeyd edib ki, Yermak danışıqlarda Ukraynanın mövqeyini “hər zaman düzgün və vətənpərvər şəkildə” təmsil edib. Eyni zamanda prezident administrasiyasının tam yenilənəcəyini, yeni PA rəhbəri ilə bağlı məsləhətləşmələrin 29 noyabrda keçiriləcəyini vurğulayıb.
Bu gün Andrey Yermakın evində Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu (SAP) tərəfindən axtarış aparılıb. Yermak məlumatı təsdiqləyib.