• $
  • £

Ərdoğan Qara dənizdə gəmilərə edilən dron hücumları ilə bağlı xəbərdarlıq edib

Ərdoğan Qara dənizdə gəmilərə edilən dron hücumları ilə bağlı xəbərdarlıq edib
01.12.2025 21:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə Misirdən Rusiyaya doğru hərəkət edən “KAIROS” və “VIRAT” adlı gəmilərə dron hücumları ilə bağlı xəbərdarlıq edib.

Ərdoğan Rusiya–Ukrayna müharibəsinin bölgə üçün ciddi təhdidə çevrildiyini bildirərək, hər iki gəmiyə qarşı hücumla bağlı prosesləri yaxından izlədiklərini vurğulayıb.

“Rusiya–Ukrayna müharibəsi artıq Qara dənizdəki təhlükəsizliyi təhdid edən bir vəziyyətə gəlib çıxıb.Cümə günü Xüsusi İqtisadi Bölgəmizdə ticarət gəmilərinin hədəf alınması, narahatedici gərginliyin pik həddə çatmasının göstəricisidir.

Xüsusilə də öz Xüsusi İqtisadi Bölgəmizdə naviqasiya, insan həyatı və ətraf mühit təhlükəsizliyini təhdid edən bu hücumları heç bir şəkildə məqbul qəbul edə bilmərik.

Bütün tərəflərə zəruri xəbərdarlıqları edirik. Müharibənin bitməsi istiqamətində son həftələrdə baş verən prosesləri diqqətlə izləyir, lazım olan töhfəni verməyə hazır olduğumuzu hər fürsətdə vurğulayırıq”, – deyə Ərdoğan bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ səfirliyi Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb
Dünya 13:13
ABŞ səfirliyi Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb
Türkiyənin cənub-şərqində Patriot raket sistemləri yerləşdirilib
Dünya 12:08
Türkiyənin cənub-şərqində Patriot raket sistemləri yerləşdirilib
Baş nazir Nikol Paşinyan Fransaya işgüzar səfərə yola düşüb
Dünya 10:26
Baş nazir Nikol Paşinyan Fransaya işgüzar səfərə yola düşüb
WSJ: Trampın müşavirləri İrana qarşı müharibədən çıxış planı axtarmağı tövsiyə edir
Dünya 09:34
WSJ: Trampın müşavirləri İrana qarşı müharibədən çıxış planı axtarmağı tövsiyə edir
Tramp Putinlə telefon danışığının detallarını açıqlayıb
Dünya 08:59
Tramp Putinlə telefon danışığının detallarını açıqlayıb
Tramp: İran Hörmüz boğazını bağlasa, ABŞ 20 dəfə güclü zərbə endirəcək
Dünya 08:36
Tramp: İran Hörmüz boğazını bağlasa, ABŞ 20 dəfə güclü zərbə endirəcək
Tehranda yaşayış binaları atəşə tutulub, 40 nəfər həlak olub
Dünya 23:19
Tehranda yaşayış binaları atəşə tutulub, 40 nəfər həlak olub
Axios: İran münaqişəsi genişlənərsə, ABŞ-Rusiya qarşıdurmasına və qlobal enerji böhranına səbəb ola bilər
Dünya 21:44
Axios: İran münaqişəsi genişlənərsə, ABŞ-Rusiya qarşıdurmasına və qlobal enerji böhranına səbəb ola bilər
Putin: Hörmüz boğazından asılı neft hasilatı bir ay ərzində tam dayana bilər
Dünya 21:21
Putin: Hörmüz boğazından asılı neft hasilatı bir ay ərzində tam dayana bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol