Zelenski Roma Papası ilə görüşəcək
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Böyük Britaniyadan İtaliyanın paytaxtı Romaya gəlib.
V.Zelenskinin İtaliya rəsmiləri ilə yanaşı, Roma Papası XIV Leo ilə də görüşəcəyi bildirilir. O, Roma Papası ilə Ukraynanın mövcud durumunu müzakirə edəcək.
Bundan başqa Ukrayna Prezidentinin İtaliyanın Baş naziri Ciorcia Meloni ilə də görüşü nəzərdə tutulur.