General-leytenant Fanil Sarvarov avtomobil partlayışında həlak olub
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi, general-leytenant Fanil Sarvarov dekabrın 22-də Moskvanın cənubunda avtomobil partlayışında ölüb. Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
İstintaq məlumatına görə, partlayıcı cihaz Kia Sorento avtomobilinin altına yerləşdirilib və nəticədə Sarvarov aldığı xəsarətlərdən dünyasını dəyişib. İş üzrə qətl və partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri üzrə cinayət işi açılıb.
Hadisə yerinin baxışı, məhkəmə-tibb və partlayıcı ekspertizası aparılır, şahidlər dindirilib və videomateriallar öyrənilir. İstintaq bir sıra versiyaları nəzərdən keçirir.
Fanil Sarvarov 11 mart 1969-cu ildə Pərm vilayətinin Gremyaçinsk şəhərində anadan olub, 1990-cu ildə Kazan Ali Tank Komandanlıq Məktəbini bitirib. O, Çeçenistan, Osetiya, Suriya və Ukraynada hərbi əməliyyatlarda iştirak edib və 2024-cü ildə prezident tərəfindən general-leytenant rütbəsi alıb.
Aytac