Qrenlandiya ABŞ ərazisidir - Tramp
ABŞ prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Qrenlandiyanı “geniş, qorunmayan ada” adlandıraraq, onun strateji əhəmiyyətini vurğulayıb və bu ərazinin ABŞ üçün milli təhlükəsizlik baxımından vacib olduğunu söyləyib.
Tramp bildirib ki, Qrenlandiyanın müdafiəsi üçün nadir torpaq metalları və digər strateji resurslara çıxış vacibdir və buna görə də ABŞ-ın adanın gələcəyinə marağı yüksəkdir.
O, eyni zamanda Qrenlandiyanı Şimali Amerikanın bir hissəsi kimi təsvir edib və onun müdafiəsinin Birləşmiş Ştatların prioriteti olduğunu qeyd edib.