Ermənistan "Sülh Şurası"nın nizamnaməsini imzalayacağını təsdiqləyib
Ermənistan hökuməti “Sülh Şurası”nın nizamnaməsini imzalayacağını təsdiqləyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan müvafiq qərar hökumətin rəsmi saytında dərc edilib.
“Ermənistan Respublikası hökuməti “Beynəlxalq müqavilələr haqqında” Qanunun 7-ci maddəsinə əsasən, “Sülh Şurası”nın nizamnaməsinin imzalanması təklifini təsdiqləmək qərarına gəlir”, - qərarda deyilir.
Sənəddə, həmçinin, Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyana nizamnamənin imzalanmasını təşkil etmək tapşırılır.