İran ABŞ ilə dialoqa hazırdır
İranın BMT-dəki missiyası Tehranın ABŞ ilə dialoqa hazır olduğunu bildirib.
Qurum bu barədə "X" hesabındakı paylaşımında məlumat yayıb.
"ABŞ Əfqanıstan və İraqda müharibələrə başlayanda 7 trilyon dollardan çox vəsait xərclədi və 7 mindən çox amerikalı həlak oldu. İran qarşılıqlı hörmət və maraqlar əsasında dialoqa hazırdır - lakin ona təzyiq göstərilərsə, özünü müdafiə edəcək və cavabı son dərəcə sərt və qətiyyətli olacaq!", - paylaşımda qeyd olunur.
ABŞ Prezidenti Donald Tramp İranı nüvə sazişini imzalamaqdan imtina edəcəyi təqdirdə yeni hücumla hədələyib. Bununla yanaşı, ABŞ Prezidenti ümid edir ki, Tehran İranın nüvə silahına sahib olmayacağı ədalətli və bərabərhüquqlu sövdələşməyə razılıq verəcək. Eyni zamanda o vurğulayıb ki, qərar qəbul etmək üçün vaxt bitmək üzrədir.
Son xəbərlər
Daha çox