Ankara Vaşinqtonla Tehran arasında vasitəçi olmağa hazırdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatlar və İran arasında artan gərginliyin azaldılması üçün Ankaranın vasitəçilik rolunu üzərinə götürməyə hazır olduğunu bildirib. Bu barədə o, Səudiyyə Ərəbistanının Asharq Al-Awsat qəzetinə müsahibəsində deyib.
Ərdoğan Türkiyənin İran və ABŞ arasında fikir ayrılıqlarının həllində diplomatik səylərə dəstək verdiyini və bütün platformalarda hərbi hərəkətlərə qarşı çıxdığını vurğulayıb. Prezident, həmçinin bu istiqamətdə təmasların davam etdiriləcəyini söyləyib.
Türkiyə lideri müsahibədə regional səylərdən də danışaraq Ankaranın digər qonşuları ilə koordinasiyalı şəkildə işlədiyini, məsələyə bloklar və ya alyanslar məntiqi ilə yanaşmadığını qeyd edib.