İran və ABŞ arasında danışıqlar fevralın 6-da Omanda keçiriləcək
İran və ABŞ fevralın 6-da Omanda xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə gələcək nüvə razılaşması barədə danışıqlar aparacaq.Bu barədə ISNA agentliyi məlumat yayıb.
"Danışıqların formatı əvvəlki kimi qalacaq.Tərəflər Oman tərəfinin vasitəçiliyi ilə dolayı danışıqlar aparacaqlar. Görüşə ABŞ Prezidentinin kürəkəni Cared Kuşner də qoşula bilər,"- məlumatda bildirilib.