• $
  • €
  • ₽
  • ₺
  • £

Ərinin videosuna görə ərizə yazan icra başçısının müavini işdən çıxarııb

Ərinin videosuna görə ərizə yazan icra başçısının müavini işdən çıxarııb
04.02.2026 15:08

Ötən ay həyat yoldaşının “TikTok” platformasında qeyri-etik davranışı ilə gündəmə gələn Füzuli Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülbahar Eyvazova vəzifəsindən azad edilib. Bu barədə yerli media məlumat yayıb. 

Məsələ Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazovun içkili halda “TikTok”da canlı yayım açaraq dinə və namaza istehzalı münasibət göstərməsi, qeyri-etik ifadələr işlətməsi ilə ictimai müzakirələrə səbəb olub. Hadisə sosial şəbəkələrdə və ictimaiyyətdə kəskin tənqid edilib.

Füzuli Rayon İcra Hakimiyyətindən bildirilib ki, Habil Eyvazov uzun müddətdir icra hakimiyyəti orqanlarında çalışmayıb. Qeyd olunub ki, Gülbahar Eyvazova işdən çıxmaq üçün ərizə təqdim edib və müraciətə baxılıb.

Gülbahar Eyvazovanın adı Füzuli Rayon İcra Hakimiyyətinin rəsmi internet saytından da çıxarılıb.

Aytac 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol