• $
  • £

Bolqarıstanda növbədənkənar parlament seçkiləri aprelin 19-da keçiriləcək

Bolqarıstanda növbədənkənar parlament seçkiləri aprelin 19-da keçiriləcək
18.02.2026 15:04

Bolqarıstan-da növbədənkənar parlament seçkiləri aprelin 19-da keçiriləcək. Bu barədə ölkə Prezidenti İliana Yotova bildirib.

Reuters-in məlumatına görə, prezident ötən həftə Bolqarıstan Milli Bankının sədr müavini Andrey Qyurov-u müvəqqəti hökumətin rəhbəri təyin edib. Yeni kabinet Aİ və NATO üzvü olan ölkədə son beş ildə səkkizinci parlament seçkilərinə hazırlıq aparacaq.

Əvvəlki hökumət iqtisadi siyasətə qarşı həftələrlə davam edən etirazlardan və korrupsiyaya qarşı mübarizədə uğursuzluq ittihamlarından sonra istefaya göndərilib.

Prezident Yotova müvəqqəti hökumətin üzvlərinin təqdimatından sonra mətbuat konfransında bildirib ki, seçkilərin keçirilməsi ilə bağlı fərmanı imzalayacaq.

Yanvarın 1-də avro zonasına qoşulan Bolqarıstan uzun müddətdir siyasi qeyri-sabitlik yaşayır və parçalanmış parlamentdə sabit hakim koalisiya formalaşdırmaq çətin olaraq qalır.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ankarada zəlzələ olub
Dünya 19:17
Ankarada zəlzələ olub
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
Dünya 18:39
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb


Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır
Dünya 17:04
Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır

Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb
Dünya 15:20
Yanacağın Hörmüz boğazı vasitəsilə ixrac axınları dayandırılıb

BMT Baş katibi Türkiyədə səfərdədir
Dünya 15:11
BMT Baş katibi Türkiyədə səfərdədir

“Krokus”da terror aktı törətmiş 4 nəfərə ömürlük həbs verilib
Dünya 12:43
“Krokus”da terror aktı törətmiş 4 nəfərə ömürlük həbs verilib
İsrail Təhlükəsizlik Xidmətinin qərargahı vurulub
Dünya 12:24
İsrail Təhlükəsizlik Xidmətinin qərargahı vurulub
İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb - Nazirlik sözçüsü
Dünya 12:03
İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb - Nazirlik sözçüsü

Zelenski sabah Parisdə Makronla görüşəcək
Dünya 11:33
Zelenski sabah Parisdə Makronla görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol