Şoyqu: Ermənistanın dəmir yolu idarəçiliyində Rusiyanı əvəz etmək planı risklidir
Ermənistan hakimiyyətinin ölkənin dəmir yolu sisteminin idarə olunmasında Rusiyanı əvəz etmək niyyəti düşünülməmiş qərar ola bilər və mövcud sistemin çökməsi riskini yarada bilər. Bu barədə Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, illərdir çətin şəraitdə fəaliyyət göstərən Rusiya dəmir yolu operatorunu tam əvəz edə biləcək başqa bir şirkətin tapılması ehtimalı azdır.
Şoyqu həmçinin Ermənistanın digər sahələrdə, o cümlədən nüvə sahəsində beynəlxalq əməkdaşlıq təşəbbüslərinin mümkün risklərinə də diqqət çəkərək, bu cür qərarların ölkə vətəndaşları üçün mənfi nəticələr doğura biləcəyini bildirib.
O qeyd edib ki, uzun illər ərzində formalaşmış idarəetmə sistemində kəskin dəyişikliklər gözlənilməz nəticələrə səbəb ola bilər və Ermənistan rəhbərliyini qərar qəbul edərkən vətəndaşların maraqlarını əsas götürməyə çağırıb.
Gülnar
Son xəbərlər
Daha çox