İranın bu şəhərləri hücuma məruz qalıb
İranda bir neçə şəhər hücuma məruz qalıb. Bu barədə RT-nin məlumatında deyilir.
Bildirilir ki, hücumlar paytaxt Tehranla yanaşı Lorestan əyaləti, eləcə də Kirmanşah, Təbriz, İsfahan və Kərəc şəhərlərində qeydə alınıb. Hadisə yerlərində güclü partlayış səslərinin eşidildiyi qeyd olunur.
Məlumata əsasən, hücumlar nəticəsində İranın Ali Milli Təhlükəsizlik Şurası, İranın Kəşfiyyat Nazirliyi və İranın Atom Enerjisi Təşkilatının qərargahları da zərər görüb.
Hadisə ilə bağlı rəsmi təsdiq və itkilər barədə məlumat açıqlanmayıb.
Son xəbərlər
Daha çox