İran Hörmüz boğazını bağladığını elan edib
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələri UKV-radio vasitəsilə gəmilərə Hörmüz boğazından keçməyin qadağan olunduğunu elan edib.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, xəbərdarlıq bölgədə artan hərbi gərginlik fonunda edilib. Qadağanın dərhal qüvvəyə mindiyi bildirilir.
Hörmüz boğazı qlobal neft tədarükünün əhəmiyyətli hissəsinin keçdiyi strateji dəniz marşrutudur. Burada hər hansı məhdudiyyət dünya enerji bazarlarına, xüsusilə də neft qiymətlərinə ciddi təsir göstərə bilər.
Son xəbərlər
Daha çox