Putinlə Pezeşkian telefonla danışdı
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.Bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı tərəflər İran ətrafında yaranmış münaqişənin kəskin fazasını müzakirə ediblər.
Bildirilir ki, Rusiya hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini vurğulayıb və İran ətrafında, eləcə də bütün Yaxın Şərqdə mövcud problemlərin həllində güc metodlarından imtina edilərək siyasi-diplomatik yolla nizamlanmaya qayıdılmasının zəruri olduğunu qeyd edib.
Putin həmçinin Fars körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin liderləri ilə daimi əlaqə saxladığını bildirib.