Türkiyənin cənub-şərqində Patriot raket sistemləri yerləşdirilib
Patriot yer-hava raket sistemləri (SAM) ölkənin cənub-şərqindəki Malatya əyalətində yerləşdirilib. Bu barədə Türkiyənin Müdafiə Nazirliyinin məlumatında deyilir.
Nazirlik bildirib ki, bu addım Türkiyənin hava məkanı və sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə atılıb və müttəfiqlər, eləcə də NATO nümayəndələri ilə məsləhətləşmələr aparılıb.
“Milli səviyyədə görülən tədbirlərə əlavə olaraq, NATO hava və raketdən müdafiə tədbirlərini gücləndirib. Bu tədbirlərin bir hissəsi olaraq, Malatyada Patriot sistemi yerləşdirilib", - məlumatda deyilir.
Bir gün əvvəl Anadolu agentliyi xəbər verib ki, İrandan atılan ballistik raket Türkiyə hava məkanına daxil olduqdan sonra Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava hücumundan və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirilib.
Gülnar