• $
  • £

Ukrayna İsraildən Timur Mindiçi tələb edir

Ukrayna İsraildən Timur Mindiçi tələb edir
31.03.2026 20:22

Ukrayna Baş Prokurorluğu “Enerqoatom” dövlət şirkətində irimiqyaslı korrupsiya sxemini idarə etməkdə ittiham olunan tanınmış iş adamı Timur Mindiçin ekstradisiyası üçün İsrailə rəsmi müraciət ünvanlayıb.Bu barədə Baş Prokurorluğun mətbuat katibi Maryana Qayevskaya-Kovbasyuk məlumat yayıb.

Bildirilib ki, Ukrayna Milli Anti-Korrupsiya Bürosu (NABU) ilə birlikdə aparılan 24 cildlik “Midas əməliyyatı” (Midas-gate) üzrə istintaq yekunlaşıb və hazırda İsraildə sığındığı bildirilən Mindiçin təhvil verilməsi prosesinə başlanılıb.

Timur Mindiç Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş biznes tərəfdaşı və “Kvartal 95” studiyasının həmtəsisçisidir. İstintaq materiallarına görə, o, dövlət müəssisələrindən təxminən 100 milyon dollar vəsaitin mənimsənilməsi və podratçılardan 10-15% civarında “otkat” tələb edilməsi sxeminin əsas təşkilatçısı hesab olunur. Məhz bu qalmaqal fonunda Ukraynanın energetika naziri və bir neçə yüksək vəzifəli məmur istefaya göndərilib.

Hazırda Mindiçin İsraildə yaşadığı bildirilir və Ukrayna tərəfi onun mühakimə olunması üçün geri qaytarılmasını gözləyir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol