• $
  • £

Orxan Zeynalovun həbs müddətinin uzadılması məsələsinə baxılacaq

Orxan Zeynalovun həbs müddətinin uzadılması məsələsinə baxılacaq
29.05.2020 05:42
Bu gün Moskvanın Presnensk Rayon Məhkəməsi Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbs müddətinin uzadılması barədə vəsatətə baxacaq.APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə məhkəmənin mətbuat katibi Nina Yurkova açıqlama verib. Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb. Y.Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini etiraf edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün İranda Ali Liderin seçilməsi üçün iclas keçiriləcək
Dünya 10:52
Bu gün İranda Ali Liderin seçilməsi üçün iclas keçiriləcək
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi öldürülüb
Dünya 10:50
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi öldürülüb
Tramp İrana xəbərdarlıq etdi
Dünya 10:01
Tramp İrana xəbərdarlıq etdi
SEPAH-ın yeni baş komandanı məlum olub
Dünya 09:17
SEPAH-ın yeni baş komandanı məlum olub
SEPAH Xameneinin öldürülməsinə cavab olaraq geniş əməliyyatlara başlayır
Dünya 09:03
SEPAH Xameneinin öldürülməsinə cavab olaraq geniş əməliyyatlara başlayır
İran Dövlət Televiziyası Şamxani və Pakpurun ölümünü təsdiqləyib
Dünya 08:54
İran Dövlət Televiziyası Şamxani və Pakpurun ölümünü təsdiqləyib
İran Xameneinin ölümünü təsdiqlədi
Dünya 05:49
İran Xameneinin ölümünü təsdiqlədi
Xameneinin rəsmi hesabında bu foto paylaşıldı
Dünya 04:32
Xameneinin rəsmi hesabında bu foto paylaşıldı
İran Dubay aeroportuna zərbə endirib, yaralılar var - Video
Dünya 04:11
İran Dubay aeroportuna zərbə endirib, yaralılar var - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol