• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail-İran müharibəsi davam edir - Yenilənir

İsrail-İran müharibəsi davam edir - Yenilənir
01.03.2026 01:10

İranın ali lideri Əli Xameneinin kürəkəni və gəlini son hücumlar zamanı həlak olub.Bu barədə Tehran Şəhər Şurasının üzvü Meysəm Mozəffər açıqlama verib.

İran rəsmiləri hücumlara cavab veriləcəyini bəyan ediblər.

***

ABŞ və İsrail tərəfindən İranın 24 əyalətinə təşkil edilən hücumlar nəticəsində 201 nəfər ölüb, 747 nəfər yaralanıb.Bunu İran Qızıl Aypara Cəmiyyətinin sözçüsü “Mehr”ə açıqlamasında bildirib.

Sözçü əlavə edib ki, hədəf alınan ərazilərdə 220-dən çox “Qızıl Aypara” qrupu fəaliyyət göstərir və xilasetmə əməliyyatları davam edir.

Hücumlar paytaxt Tehran, İsfahan, Kərəc, Qum, Təbriz, Şiraz, Buşehr, Kermanşah və İlam şəhərlərini əhatə edib.

***

Regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur. Azərbaycan XİN bəyanatında bildirilib. 

Rəsmi bəyanatda bütün tərəflər qəti şəkildə maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırılıb.

***

Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib.

"Report" xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi həyata keçirilib.

***

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələri UKV-radio vasitəsilə gəmilərə Hörmüz boğazından keçməyin qadağan olunduğunu elan edib.

***

BMT Təhlükəsizlik Şurası ABŞ və İsrailin İrana hücumlarından, eləcə də, Tehranın cavab zərbələrindən sonra təcili iclas çağırıb.Bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq sessiyada Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.

***

Dubayda Fairmont The Palm beşulduzlu otelinin yaxınlığına raket düşüb. Bu barədə TASS agentliyinin məlumat yayıb. 

Agentliyin hadisə şahidinə istinadən yaydığı məlumata görə, zərbə nəticəsində ərazidə güclü yanğın baş verib.

***

İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin yaxın saatlarda xalqa müraciət edəcəyi gözlənilir.Bu barədə “Fox News” xəbər verir.

Müraciətin ABŞ və İsrailin başlatdığı “Operation Epic Fury” (Epik Qəzəb) və “Lion’s Roar” (Şirin nəriltisi) əməliyyatlarına cavab olaraq ediləcəyi bildirilir.

***

Israilin İran ərazisinə hücumları nəticəsində Minabdakı məktəbdə həlak olanların 51 nəfərə,xəsarət alanların sayının 60 nəfərə yüksəldiyi bildirilir.Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

***

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İran İslam Respublikasındakı təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb və artıq İran ərazisində olan vətəndaşlardan yerləşdikləri bölgədən asılı olaraq ölkəni Azərbaycan və ya Türkiyə vasitəsilə tərk etmələrini tövsiyə edib,

****

Azərbaycan Hava Yolları aviaşirkətinin J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.Bu barədə  "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.

Qeyd olunub ki, Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna 10:47-də uğurla eniş edib. Ciddə reysinin Bakı hava limanına yaxın zamanda enişi gözlənilir.

***

İranın hava məkanı növbəti xəbərdarlığa qədər bağlanıb. Bu barədə Operativ Media İran mediasına istinadən məlumat yayıb.


Məlumata görə, qərar İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması fonunda qəbul edilib. İran tərəfi hava məkanının müvəqqəti bağlandığını və əlavə məlumatın daha sonra veriləcəyini bildirib.

***

İsrail İrana qabaqlayıcı zərbə endirib.

"Times of Israel" xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bəyan edib.

Onun sözlərinə görə, ölkənin bütün ərazisində dərhal fövqəladə vəziyyət elan edilib.

"İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirib", - nazir bildirib.

İsrailin bütün ərazisində sirenlər işə düşüb, İsrail Müdafiə Ordusunun arxa cəbhə komandanlığı mülki əhalini sığınacaqlara yaxın olmağa çağırır.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol