• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistanın keçmiş baş naziri İmran Xan xəstəxanada müayinədən sonra həbsxanaya qaytarılıb

Pakistanın keçmiş baş naziri İmran Xan xəstəxanada müayinədən sonra həbsxanaya qaytarılıb
21.08.2026 09:32

 

Pakistanın keçmiş baş naziri İmran Xan tibbi müayinədən keçirildikdən sonra Ravalpindidəki Adiala həbsxanasına qaytarılıb. Bu barədə onun Pakistan Təhriki-İnsaf partiyasının sözçüsü bildirib.

73 yaşlı Xan cümə günü səhər saatlarında tibbi müayinə üçün İslamabad xəstəxanasına aparılıb. Bir neçə saat xəstəxanada qaldıqdan sonra yenidən həbsxanaya göndərilib.

Xan 2023-cü ilin avqustundan həbsdədir. O, barəsində açılan cinayət işlərinin siyasi motivli olduğunu bildirir. Pakistan hökuməti isə bu iddiaları rədd edir.

Xanın vəkilləri həbsdə olduğu müddətdə onun səhhətinin, xüsusilə sağ gözündə görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini bildirirlər. Hökumətin məlumatına görə isə indiyədək aparılan tibbi müayinələr təcili və ya xüsusi müalicə tələb edən hər hansı xəstəlik və ya vəziyyət aşkar etməyib.

Pakistan Ali Məhkəməsi çərşənbə axşamı hakimiyyət orqanlarına Xanın 48 saat ərzində İslamabadakı Şifa Beynəlxalq Xəstəxanasına köçürülməsini və tibbi komitə tərəfindən müayinə olunmasını təmin etməyi tapşırıb. Komitəyə Xanın şəxsi həkiminin də daxil edilməsi nəzərdə tutulub.

Gülnar 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Dünya 13:47
Türkiyədə polis "Sözcü TV" binasında əməliyyat keçirib - Saxlanılanlar var
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Dünya 13:33
Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol