• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

“Google”dan super yenilik!

“Google”dan super yenilik!
29.05.2020 06:14
"Google Translate" əlavəsinin Android mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün növbəti yenilənməsinə populyar dillərin real vaxt rejimində avtomatik tanınması və nitqin mətnli tərcüməsi funksiyası əlavə ediləcək.

ANS PRESS-in məlumatına görə, "Google" şirkətinin avtomatik tərcümə əlavəsi artıq səslə və ya smartfonun klaviaturasından daxil edilən çoxlu dillərlə işləyir. "Google Translate" üçün yenilənmə isə şifahi nitqi avtomatik tanımağa imkan verir. Bu isə o deməkdir ki, istifadəçinin əl ilə dil seçməsinə ehtiyac qalmır. Bu barədə "ICTnews" elektron xəbər xidməti bildirir.

Şirkətin texniki direktoru Makdaff Hyuzun sözlərinə görə, hər ay şirkətin xidmətindən 500 milyon aktiv istifadəçi yararlanır. O qeyd edib ki, dil tərcüməsi əksər insanlar üçün tədrisin vacib hissəsidir. Belə ki, internet istifadəçilərinin 90 faizi təxminən 10 dildə danışır.

Bundan başqa, "Google" telefon kamerasını küçədə xarici dildə yazılan yol nişanına tərəf yönəldərək ekranda avtomatik tərcüməni almağa imkan verən funksiya üzərində iş aparır. Oxşar funksionallığa smartfonun kamerası vasitəsilə real vaxt rejimində mətnin tərcüməsini dəstəkləyən "Word Lens" əlavəsi malikdir.

Yenilənmənin nə vaxt işıq görəcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, "Google" ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda "Google" dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.

"Google" axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar "YouTube" videohostinqinin sahibidir, "Gmail" poçt servisi və "Google+" sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün Android əməliyyat sisteminin tərtibatçısıdır.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Kosmosda İŞİD təhlükəsi
Dünya 10:47
Kosmosda İŞİD təhlükəsi
Dünyada yeni ili necə qarşıladılar - Fotolar
Dünya 10:33
Dünyada yeni ili necə qarşıladılar - Fotolar
Erməni terrorçuları Ərdoğanı təhdid etdi
Dünya 10:27
Erməni terrorçuları Ərdoğanı təhdid etdi
Balaca gəlin yaşlı ərinə siçan zəhəri verdi - FOTO
Dünya 10:19
Balaca gəlin yaşlı ərinə siçan zəhəri verdi - FOTO
WhatsApp istifadəçilərinə müjdə
Dünya 10:09
WhatsApp istifadəçilərinə müjdə
Təyyarədə zarafatlaşmaq baha başa gəldi
Dünya 09:51
Təyyarədə zarafatlaşmaq baha başa gəldi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol