• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Almaniyada “erməni soyqırımı”na etiraz

Almaniyada “erməni soyqırımı”na etiraz
29.05.2020 03:51
Almaniyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi Ermənistanın işğalçı siyasətini davamlı ifşa edən tədbirlər təşkil etməklə yanaşı, ermənilərin ölkəmizin milli maraqlarına zidd əməllərinin qarşısını almağa çalışır. Belə aksiyalardan biri bu yaxınlarda Berlin Nümayəndələr Palatasının qarşısında keçirilib. 

ANN.Az Azərtac-a istinadən məlumatına görə, Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edildiyi bir vaxtda ermənilərin qondarma "erməni soyqırımı”nın "100-cü ildönümü” ilə əlaqədar tədbir keçirmək cəhdləri Azərbaycan diasporunun nümayəndələrinin hiddətinə səbəb olub. Azərbaycan Tələbə Şəbəkəsinin təmsilçiləri türkiyəli tələbələrlə birlikdə tədbir keçirilən binanın qarşısında aksiya keçiriblər. 

Aksiya zamanı "erməni soyqırımı” ilə bağlı tədbirə dəvət olunmuş qonaqlara Xocalı faciəsi və Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar barədə kitabçalar paylanılıb. Ermənilərin təşkil etdiyi tədbirin iştirakçıları iclas zalına əllərində bu kitabçalarla daxil olublar. Aksiyanın məqsədi ermənilərin Almaniya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi haqqında yanlış məlumat yaymasının qarşısını almaq və Ermənistanın işğalçı siyasətini ifşa etmək olub.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərəb ordusu Yəmənə girir
Dünya 12:24
Ərəb ordusu Yəmənə girir
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Dünya 12:24
Futbol meydançasında DƏHŞƏT: 5 ölü
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Dünya 11:51
Həbsdə olan jurnalistlər azadlığa buraxıldı
Kosmosda İŞİD təhlükəsi
Dünya 10:47
Kosmosda İŞİD təhlükəsi
Dünyada yeni ili necə qarşıladılar - Fotolar
Dünya 10:33
Dünyada yeni ili necə qarşıladılar - Fotolar
Erməni terrorçuları Ərdoğanı təhdid etdi
Dünya 10:27
Erməni terrorçuları Ərdoğanı təhdid etdi
Balaca gəlin yaşlı ərinə siçan zəhəri verdi - FOTO
Dünya 10:19
Balaca gəlin yaşlı ərinə siçan zəhəri verdi - FOTO
WhatsApp istifadəçilərinə müjdə
Dünya 10:09
WhatsApp istifadəçilərinə müjdə
Təyyarədə zarafatlaşmaq baha başa gəldi
Dünya 09:51
Təyyarədə zarafatlaşmaq baha başa gəldi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol