Batan gəmidə olan azərbaycanlıların adları açıqlandı
![Batan gəmidə olan azərbaycanlıların adları açıqlandı Batan gəmidə olan azərbaycanlıların adları açıqlandı](https://anews.az/photo/850x500/2015-04/1427956891_2217.jpg)
Aprelin 1-də gecə saatlarında Oxot dənizində batan "Dalni Vostok” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında olan azərbaycanlıların adları açıqlanıb.
Oxu.Az xəbər verir ki, onlar matros Abdullayev F.S., matros Səfərov M.S., matros Sadiqov İ.Q., dördüncü mexanik Talıbov M.U., emal ustası Əliyev Ə.S və matros Əliyev Y.S. olublar.
Son məlumatlara görə, ümumilikdə 63 nəfər xilas edilib. Talıbov, Sadiqov, Abdullayev, Əliyev Y. və Əliyev E. qardaşları xilas edilənlər arasındadır.
Xilas edilənlərin 7 nəfərinin vəziyyəti çox ağır olduğu üçün onlar özləri barədə məlumat verməkdə çətinlik çəkiblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)