• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Dünya getdikcə dindarlaşır: Müsəlman əhalinin sayı artır - FOTO

Dünya getdikcə dindarlaşır: Müsəlman əhalinin sayı artır - FOTO
03.04.2015 12:27
2050-ci ildə dünyada ilk dəfə olaraq Müsəlman və Xristianların sayının bərabərləşəcəyi gözlənilir. 

ANN.Az "Time" jurnalına istinadən xəbər verir ki, yeni araşdırmaya görə hər hansı dini dünyagörüşə sahib olmayan ateistlərin, aqnostiklərin və digərlərinin sayı 2050-ci ildə də az olacaq. 

"The Pew Research Center"-in araşdırmasına görə, ABŞ-da və digər Qərb ölkələrində dini dünyagörüşü rədd edən insanların sayında artım olsa da, 2050-ci ildə əsas dinlər insanlar arasında daha da geniş yayılacaq. 2050-ci ildə hazırda 6.9 milyard sayı olan dünya əhalisinin 9.3 milyard olacağı güman edilir. 

Tədqiqata görə, digər dinlərlə müqayisədə İslam dini daha sürətlə genişlənəcək, 2050-ci ildə tarixdə ilk dəfə olaraq, dünyada xristian və müsəlman əhalinin sayı bərabərləşəcək. Müsəlman və Xristian əhalinin say artımı daha çox Saharadan aşağı Afrika ölkələrində proqnozlaşdırılsa da, Avropa və ABŞ-da da onların sayında artım olacaq. 

Məsələn, Avropada onların ümumi sayı 10 faiz, ABŞ-da isə 2.1 faiz olacaq və bununla da müsəlmanlar ABŞ-da say məsələsində yəhudi icmasını geridə qoyacaqlar. 

Əsas dinlər arasında Buddizm yeganə dindir ki, 2050-ci ilə qədər genişlənməsi gözlənilmir. Səbəb isə Çin və Yaponiya kimi ölkələrdə nəsil artımı prosesinin zəifləməsidir.

 "The Pew Research Center"in dinlərin genişlənməsini əks etdirən diaqramını təqdim edirik. 
 
Islam Growing Fastest

ANN.Az

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kosmosda alimləri şoka salan tapıntı - KƏŞF
Dünya 03:16
Kosmosda alimləri şoka salan tapıntı - KƏŞF
Dünya getdikcə dindarlaşır: Müsəlman əhalinin sayı artır - FOTO
Dünya 12:27
Dünya getdikcə dindarlaşır: Müsəlman əhalinin sayı artır - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol