Xaçatryan tezliklə müttəhimlər kürsüsündə oturacaq

17:03 | 18.08.2023
Xaçatryan tezliklə müttəhimlər kürsüsündə oturacaq

Xaçatryan tezliklə müttəhimlər kürsüsündə oturacaq

Azərbaycan ərazisində saxlanılan və azərbaycanlı əsirlərə qarşı xüsusi qəddarlıq göstərməkdə ittiham olunan  Vaqif Xaçatryan yaxın vaxtlarda məhkəmə qarşısına çıxacaq.Bu barədə Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi İstintaq İdarəsinin rəisi Emil Tağıyev bildirib.

Vaqif Xaçatryan Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırım) və 107-ci (deportasiya və ya məcburi köçürmə) maddələri ilə ittiham olunur. Cinayət 1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində erməni qanunsuz silahlı birləşmələri tərəfindən törədilib.
 
İyulun 29-da Azərbaycanın Dövlət Sərhəd Xidmətinin əməkdaşları beynəlxalq axtarışda olan Vaqif Xaçatryanı Xankəndinən Ermənistana gedərkən Laçın sərhəd buraxılış məntəqəsində saxlayıb. 
 
Xaçatryan  1991-ci il dekabrın 22-də Xocavənd rayonunun Meşəli kəndində baş vermiş hadisələrlə bağlı açılmış cinayət işi çərçivəsində axtarışa verilmişdi. 
 
İstintaqın məlumatına görə, Xaçatryan bu kəndə silahlı hücumu həyata keçirən erməni birləşmələrinin üzvü olub. 

Ombusdman avqustun 3-də Vaqif Xaçatryanın vəziyyəti ilə maraqlanmaq üçün onunla görüşüb. Xaçatryan vəziyyətinin normal olduğunu deyib və saxlanma şəraitinə görə Azərbaycana təşəkkür edib. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM