Xanlar Məmmədov: “Əsas tematika və xətt estetikasının mövcud olmasıdır”MÜSAHİBƏ

12:09 | 29.12.2015
Xanlar Məmmədov: “Əsas tematika və xətt estetikasının mövcud olmasıdır” – MÜSAHİBƏ

Xanlar Məmmədov: “Əsas tematika və xətt estetikasının mövcud olmasıdır”MÜSAHİBƏ

Rüstəm Qasımov

14 dekabrda Rəssamlar İttifaqının V. Səmədov adına sərgi salonunda tanınmış azərbaycanlı rəssam Xanlar Məmmədovun fərdi sərgisi keçirildi. 

İlk dəfə 1970-ci ildə "Bakı buxtası” əsəriylə sərgilərdə iştirak etməyə başlayan rəssamın işləri sonradan 50-dən çox yerli və beynəlxalq sərgilərdə nümayiş etdirilib və Mədəniyyət və turizm nazirliyinin fondunda, müxtəlif qalereyalarda  və müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. 

Təəssüf ki, mən rəssamın sərgisində iştirak edə bilmədim, ancaq onun özünün müşayiətiylə əsərlərinə baxmaq şansı qazandım. Zallar boyunca əsərlərlə baxa-baxa baş tutan söhbətimiz zamanı, Xanlar müəllim bu ekspozisiyanı yaratmaq üçün nə qədər vaxtının getməyindən və yaradıcılığının rəngarəngliyindən danışırdı. 

Rəssam Xanlar Məmmədovla müsahibəmizi oxucularımıza təqdim edirik: 

- Xanlar müəllim, 70 yaşınız münasibətiylə baş tutan fərdi sərginizə görə, sizi təbrik edirik. Bu sərginin ekspozisiyası barədə bizə biraz məlumat verərdiniz

- Çox sağol, Rüstəm! Sərgidə müxtəlif mövzularda olan 100-ə yaxın şəkil nümayiş etdirilir. Burada rəsm, qrafika, fotokollaj və fotoqrafiyalar sərgilənir. 

- Sərginin açılışı necə keçdi? 

- Sadəcə möcüzəydi. Bizim Rəssamlar İttifaqının katibi Rafiq Kərimov mənim yaradıcılığıma həsr olunan şeir oxudu. Sərgiyə baş çəkən ziyarətçilərin sayı kifayət qədər idi, hətta 11 yaşlı nəvəm də gəlmişdi. 
 


- Sizin işlərinizə nəzər salanda, sizdə təkcə fərqli işlərin deyil, bütöv seriyalı işlərin olduğunu fərq etdim... 

- Müəyyən mövzuya həsr olunmuş şəkil seriyaları yaratmaq xoşuma gəlir. Məsələn, vernisajda Macarıstan, Almaniya, Polşa kimi ölkələrə həsr olunmuş qrafik seriyalar təqdim olunub. Rəsmə gəldikdə isə, sərgidə hətta türk motivləri var. Bundan başqa, hədiyyə, Abşeron, Bakı və s. mövzularda da seriyalar təqdim olunub.
 

 
- Xanlar müəllim, bu ekspozisiyanın yaradılması üçün nə qədər vaxt lazım olub? 

- İş burasındadır ki, ekspozisiyaya daxil olan şəkillər müxtəlif zaman periodlarında çəkilib. Elələri var, ötən əsrin 60-cı illərində çəkilib. Bu seriya retro adlanır. Digər işlər isə son 25 ildə çəkilib. 50 illik yubileyimdə "İçərişəhər”də fərdi sərgim keçirilmişdi. Bu sərgidə nümayiş etdirilənlərin isə 80%-i yeni işlərdir. Sərgi rəssamın öz qarşısındakı öhdəliyi yerinə yetirməsidir. Əlbəttə, əvvəlcə sən özün üçün çəkirsən, amma sonra yaratdıqlarını publikaya göstərmək istəyirsən. Sərgi hər bir rəssam üçün bayram deməkdir. 

- Xanlar müəllim, siz hansı cərəyanı əsas götürmüsüz?

- Mən öz həvəs və əhvalımdan asılı olaraq, müxtəlif cərəyanlarda çəkirəm. Bu sərgidə siz ekspressionizm, imressionizm, avanqard, kubizm və s. üslublarda çəkilmiş rəsmlər görə bilərsiniz. Məndə aydın realizm yoxdur. Məsələn, sonuncu zalda mən abstarkt janrda işlərimi sərgilməmişəm.
  
- Sizin işlərinizə baxan tamaşaçının diqqətini nəyə yönləndirmək istəyirsiz? 

- Bilirsiz, mən buna can atmıram. Mənim üçün əsas olan xəttin və müəyyən tematikanın mövcudluğudur. Əgər işlərimdə estetika yoxdursa, mən sadəcə olaraq, onu qaralayaraq atıram. 
 


- Əgər tez-tez imperssionizmə müraciət edirsinizsə, demək, siz naturadan çəkməyi sevirsiniz? 

- Əlbəttə! Naturadan çəkməyi sevirəm. Məsələn, natürmotları, peyzajları, portretləri. Sonuncu janr olduqca çətindir, çünki rəssam üçün poza verən şəxs özünü necə görmək istəyirsə, şəklin də məhz elə olmasını istəyir. Ancaq mən ayna kimi oxşarlığı sevmirəm, öz istədiyim kimi çəkirəm. Rəsm özümün xoşuna gəlirsə, özümçün saxlayıram (gülür). Təəssüf ki, bu heç də hər zaman insanların xoşuna gəlmir, ancaq nə edəsən...
 

 
- Xanlar müəllim, bir rəsmin çəkilməsi nə qədər vaxt alır? 

- Hər şey qarşına qoyduğun məqsəddən və hədəfdən asılıdır. Məsələn, etüdün çəkilməsinə saat yarım saat, yada biraz az çox vaxt gedir (maksimum 1 saat). İş burasındadır ki, açıq havada işləyirsən, işığın necə tez dəyişdiyini görürsən, ona görə də tələsmək olmaz.  Etüd təsəvvüründə yaranan ilk təəssüratdır, onu tələsmədən kətana köçürməlisən. 

- Təbiətdə çəkdiyiniz kətana sonra bir də qayıdırsınızmı? 

- Yox, bu artıq yekun işdir, ona müdaxilə etmək olmaz. 
 


- Hansı xətt texnikasından istifadə edirsiz? 

- İş burasındadır ki, mən işlərimi fırçayla deyil, mağazalar üçün ərzaq torbası üçün material kimi istifadə edilən qəhvəyi kağızla çəkirəm.  Bu yaxmalara fikir verin (Xanlar müəllim barmağıyla şəkillərindən birini göstərir)! Onları fırçayla çəkmək mümkünsüzdür. Bu orijinal effekt üçün ancaq kağızdan istifadə etmək məqbuldur. 
 


- Yeri gəlmişkən, siz həm də fotoqrafiya ilə məşğul olursunuz...

- Bəli. Sərgidə mən təkcə rəsmlər deyil, fotolar və fotokollajlar sərgiləyirəm. Mən çoxdandır fotoqrafiya ilə məşğul oluram. Bu işdə mənə peşəkar fotoapparat kömək edir. Əvvəllər, "Fotoşop” proqramı olmayanda, mən fotokollajı əllə, şəkilləri kəsərək etməli olurdum. Bugünü elmi texniki tərəqqinin sayəsində bu iş sadələşib. Bir sözlə, mən müxtəlif çeşidli işlər təqdim edirəm, tamaşaçı ürəyi istəyən şeyi burada tapa bilər...

- Xanlar müəllim, biz sizə yaradıcı uğurlar və tükənməz ilham arzu edirik. 

- Təşəkkür! 
 





























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM