Xaricdə təhsil proqramına daxil olan universitetlərin siyahısı 80% dəyişməyəcək

2024-2025-ci təhsil ilində "2022-2026-cı illər üzrə xaricdə təhsil Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan universitetlərinin siyahısında 80% dəyişiklik olmayacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev Anews.az-ın bakalavr pilləsində təhsil almaq üçün ABŞ və Kanada universitetlərinin sayı artırıla bilərmi sualına cavabında deyib.
Onun sözlərinə görə, 2023-2024 cü ildə xaricdə təhsil proqramına 717 nəfər qəbul alıb.
2022-ci ildə bu rəqəm 336 olub.
Xaricdə təhsil dövlət proqramı 2022-2026-ci illəri əhatə edir. 2022-2023-cü tədris ilində Azərbaycan vətəndaşlarına bakalavr pilləsində təhsil almaq üçün demək olar ki, bütün ABŞ və Kanada universitetlərinin adı siyahıya salınmışdı. 2023-2024-cü tədris ilində isə bu universtetlərin adı siyahıdan çıxarılıb. Təhsil naziri əvvəlki mətbuat konfransında bunu həmin universitetlərdə təhsil haqqının çox baha olması və bu səbəbdən ABŞ və Kanadaya ancaq magistr pilləsində qəbul olan tələbələrin sənədlərinə baxmaq qərarı verildiyini bildirmişdi.
Hazırda Azərbaycan vətəndaşı olan gənclər ABŞ-ın ancaq üç uiversitetində bakalavr pilləsində təhsil ala bilərlər. Bura TExas universiteti( ətraf mühit mühəndisliyi ixtisası), Miçiqan universiteti (gəmiqayırma mühəndisliyi ixtisasi) və Ayova Dövlət universiteti (baytarlıq ixtisası) daxildir. Adı çəkilən universitetlərdə digər ixtisaslar üzrə, o cümlədən ABŞ və Kanadanın digər universitetlərində bakalavr səviyyəsində oxumaq şansı qazanmış gənclər dövlət proqramının imkanlarından bəhrələnə bilməyəcək.
Universitetlərin tam siyahısına aşağıdakı linkdən baxa bilərsiz.
https://dp.edu.az/uploads/fileuploads/2023/03/35501f904e354bd7b0d57d13097cebc3.pdf
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox 