• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Cənubi Qafqazda sülhə töhfəsinə görə Əliyevə təşəkkür edib

Paşinyan Cənubi Qafqazda sülhə töhfəsinə görə Əliyevə təşəkkür edib
18.09.2026 19:09

Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olmasına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Paşinyan bunu Hessen Sülh Mükafatının təqdimetmə mərasimində deyib.

“Mən həmçinin bu mükafata eyni dərəcədə layiq olan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Eləcə də Ermənistan və Azərbaycan xalqlarına təşəkkür edirəm. Münaqişənin səbəb olduğu çətinliklərə, insan itkilərinə və iztirablara baxmayaraq, onlar keçmişi dəyişə bilməyəcəklərini, lakin bu günü və gələcəyi dəyişə biləcəklərini anlayaraq sülhü qəbul etdilər və dəstəklədilər”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh prosesində əsas mərhələlərdən biri 2025-ci il avqustun 8-də Vaşinqtonda onun və İlham Əliyevin iştirakı ilə, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə qəbul edilən birgə bəyannamə olub. Bəyannamə həmin tarixdə imzalanıb.

Paşinyan bildirib ki, 2024-cü ildə tərəflər sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyətinə dair reqlamenti imzalayıb və ratifikasiya ediblər. Sənəddə 1991-ci il Alma-Ata Bəyannaməsi prosesin əsas prinsipi kimi müəyyənləşdirilib.

“Bu o deməkdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu prinsip həmçinin xarici işlər nazirlərimizin Vaşinqton sammiti zamanı parafladığı Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişdə təsbit edilib”, - o deyib.

Paşinyan sülh sazişinin paraflanmasını və Vaşinqtonda birgə bəyannamənin qəbul edilməsini Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş kimi qiymətləndirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Siyasət 16:31
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN
Siyasət 15:52
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN

Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Siyasət 14:25
Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Siyasət 12:14
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin
Siyasət 12:07
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin

Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Siyasət 12:02
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:06
Milli Məclisin növbəti iclası başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol