Xaricdən mal sifariş edərkən bu qaydalara mütləq şəkildə bilməlisiz...

09:19 | 19.02.2021
Xaricdən mal sifariş edərkən bu qaydalara mütləq şəkildə bilməlisiz...

Xaricdən mal sifariş edərkən bu qaydalara mütləq şəkildə bilməlisiz...

Pandemiya dövründə ölkədə sərt karantin zamanı ticarət mərkəzlərinin və iaşə obyektlərinin bağlı olması ilə əlaqədar insanların xaricdən online alış –veriş etməyə tələbatı çoxaldı

Bəs əslində bir vətəndaş xaricdən mal sifariş edərkən hansı prosesləri bilməlidir?

Anews.az həmin ardıcıllığı təqdim edir: 

1. Xaricdən mal sifariş edən şəxs ilk öncə istdədiyi hər hansı bir daşınma şirkətindən ( kargo) qeydiyyatdan keçməlidir. 

2. Qeydiyyatdan keçdiyi zaman şəxsiyyət vəsiqəsində olan məlumatları doğru şəkildə qeyd etməlidir. Əks halda həmin kargo şirkəti vətəndaşın məlumatlarını Dövlət Gömrük Komitəsinə verdiyi zaman vətəndaş haqqında məlumat tapılmazsa, həmin vətəndaşın malı bəyannamə zamanı problemlə üzləşəcək və bəyannaməsi təsdiqlənməyəcək. 

3.Mütləq şəkildə sifariş etmək üçün online alış-veriş üçün kartınız olmalıdır. Bu hər hansı banka aid kart və ya maaş kartınız ola bilər.

4. Vətəndaş bir ay ərzində 300 dollar həcmində sifariş etmək hüququna malikdir. 

5. Sifariş verdiyi 300 dollar limitinə həm daşınma haqqı, həm də gömrük rüsumu aiddir. 

6. Vətəndaş malı sifariş verdikdən sonra mütləq şəkildə Dövlət Gömrük Komitəsinin yaratdığı "Smart Customs” portalında aldığı bütün malların bəyannaməsini ardıcıl şəkildə ayrı-ayrı bəyannamə formasında qeyd etməlidir.(Məsələn: Malın adı, rəngi, ölçüsü, çəkisi, qiyməti və.s)

7. "Smart Customs” portalında "sizin fin kodunuz tapılmadı” yazısını görərsizsə bu zaman qeydiyyatdan keçdiyiniz kargo şirkəti ilə əlaqə saxlayın. Çünki qeydiyyatdan keçdiyiniz kargo şirkəti sizin haqqında məlumatları Dövlət Gömrük Komitəsinə vermədiyi üçün belə bir hal ilə qarşılaşa bilərsiniz. (Qeyd: hər bir vətəndaşın şəxsiyyət vəsiqəsinə aid olan məlumatları mütləq şəkildə Dövlət Gömrük Komitəsində olmalıdır.Əks halda siz bəyannamə yükləyə bilməyəcəksiz və bu zaman sizin malınız ölkəyə gətirilməsi mümkün olmuyacaq)
 
8. "Smart Customs” portalı sizin üçün fürsət yaradacaq ki, 300 dollar limitini keçdiyiniz halda Dövlət Gömrük Komitəsinə getmədən əlavə rüsumu online qaydada ödüyəsiniz. 

9. Bu prosesləri düzgün etdikdən sonra daşınma şirkəti sizin malınızı müqavilədə göstərdiyi müddətdə ölkəyə gətirərək sizə təqdim edəcək.
 
Qeyd: Əgər kargo şirkətinin malınız gömrük yoxlanışdadır və buna görə yubanma prosesi baş verir deyirsə, bu zaman sizin qanunu olaraq Dövlət Gömrük Komitəsinə müraciət edərək malınızın harda olması və yubanması haqqında məlumat almaq kimi haqqınız var. 

Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb