• $
  • €
  • ₽
  • ₺
  • £

BP Azərbaycanda qaz hasilatını artırıb

BP Azərbaycanda qaz hasilatını artırıb
01.08.2024 15:03
 "Şahdəniz" yatağından qaz hasilatı 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 milyard kubmetrdən 14 milyard kubmetrə kimi artıb. "BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından ilin birinci yarısının nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
 
"Şah dəniz" yatağından qaz kondensatının hasilatı isə 2024-cü ilin  ilk 6 ayında 2023-cü ilin eyni dövrün ilə müqayisədə dəyişməyərək 2 milyon ton təşkil edib. 
 
2024-cü ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 251 milyon dollar əməliyyat xərcləri və təxminən 407 milyon dollar əsaslı xərclər çəkilib.  Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
 
2023-cü ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 208 milyon dollar əməliyyat xərcləri və təxminən 408 milyon dollar əsaslı vəsait qoyulub. 
 
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 80,7 milyon (ildə təqribən 29,5 milyard) standart kubmetrdir.

  
2024-cü ilin birinci yarısında Şahdəniz 2 layihəsi çərçivəsində iki mühüm nailiyyət əldə olunub - şərq-şimal cinahında iki quyudan müvafiq olaraq 13 fevral və 19 iyun tarixlərində hasilat başlanıb. 

Xankəndi sualtı tikinti gəmisi Şahdəniz 2 çərçivəsində quraşdırma işlərini və istismar sınaqlarını davam etdirməklə yanaşı yatağın işlənməsi ilə bağlı ümumi işlərə də dəstək verməyə başlayıb. Bura hazırda istismarda olan bütün Şahdəniz 2 sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə işləri daxildir.

bp və tərəfdaşlarının xüsusi olaraq vahid gəmi strategiyasından istifadə etmələri üçün düşünülmüş istismar və texniki xidmət üzrə yeni müqaviləyə əsasən Xankəndi gəmisinin göstərdiyi xidmətlərin həcmi əhəmiyyətli dərəcədə genişləndirilib. Bu o deməkdir ki, bundan sonra Xankəndi gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün əsas gəmi kimi istifadə olunacaq və bu da bp və tərəfdaşlarının əməliyyatlarını daha təhlükəsiz və daha səmərəli edəcək.
 
İlin ilk altı ayında Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

İstiqlal və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. İlk altı ay ərzində İstiqlal qazma qurğusu vasitəsilə şərq-şimal cinahında SDH03 quyusu tamamlanıb, SDH01 quyusu yenidən açılıb və tamamlanıb və SDH02 quyusunun yenidən açılması işləri başlanıb.

Heydər Əliyev qazma qurğusu qərb cinahında SDD05 quyusunun qazma işlərini davam etdirib.

Ümumilikdə Şahdəniz 2 çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.
 
Şahdənizdə iştirak payları belədir -  bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).
 
N.Təbrizli
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol