XƏBƏR ANı: "Bakı Kart" Bakı sakinlərini niyə saymır? - ANN.TV

10:50 | 22.10.2015
XƏBƏR ANı:

XƏBƏR ANı: "Bakı Kart" Bakı sakinlərini niyə saymır? - ANN.TV

İki aya yaxındır ki, Bakıda Baku Bus avtobusları sərnişinlərin ixtiyarına verilib. Onlardan istifadə "Bakı Kart” şirkətinin xüsusi kartları ilə həyata keçirilsə də heç də bütün dayanacaqlarda bu kartları yükləyən avtomat qurğulara rast gəlinmir. Bu da sərnişinlərin narazılığına səbəb olur. 

ANN.TV-nin çəkiliş qrupunun araşdırdığı növbəti mövzu bundan bəhs edir. Əməkdaşlarımız həm şəhər sakinlərinin, həm  də rəsmi qurumların fikrini öyrənməyə çalışıb. 

Şəhər sakinləri "Bakı Kart"larına gediş haqqını yükləməkdə çətinlik çəkdiklərini bildiriblər, "BakuBus” MMC-nin rəsmiləri isə sorgumuza cavab verməkdən yayınıblar. 

Bilməyən sərnişinlərin nəzərinə. Baku bus-dan şikayətiniz varsa *4242 nömrəsinə, Bakı karta işiniz düşübsə *4343 nömrəsinə zəng etmək lazımdır. Bəlkə zəngləriniz özünü sərnşinlərdən üstün tutan Bakı kart əməkdaşlarının dilini açar və dövlət başçısının vətəndaşlara qayğı göstərməyin vacibliyi barədə ifadəni qulaqardına vurmazlar.

 
 
Hazırladılar:
Aynur Əlisoy
Orxan Aslanlı
 

 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM