Xalq artisti Ofeliya Sənani yaxın günlərdə evə buraxılacaq.
Anews.az xəbər verir ki, Respublika Müalicə Diaqnostika Mərkəzindən Trend-ə verilən məlumata görə, oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olan O.Sənani üzərində invaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılıb.
Müayinələr nəticəsində infarkt təsdiqlənməyib:
"Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə yazılması planlaşdırılır".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !