• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Xətaidə yanğın söndürülüb - Yenilənib

Xətaidə yanğın söndürülüb  - Yenilənib
27.09.2024 16:21
Bakının Xətai rayonu ərazisində, Xəzər TV-nin yaxınlığında yanğın başlayıb.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. 


Yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.


***


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, yanğın hadisəsi Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verib. 


Bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.


***


Daxili İşlər Nazirliyinin məlumatına görə, Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş vermiş yanğın ilə əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.


Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.


***


Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.


Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.


Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


Əlavə məlumat veriləcək.


***


Hazırda yanğınla əlaqədar Xəzər TV-də təxliyə işləri həyata keçirilir.


***


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib:


"27.09.2024-cü il tarixində saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.


Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.


İndiyədək hadisə ilə əlaqədar olaraq təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.


Əlavə məlumat veriləcək”.


***


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, Xətai rayonu ərazisində baş verən yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hazırda ərazidə monitorinq işləri aparır.


O qeyd edib ki, havaya yayılan qara tüstü axını ilə bağlı havanın çirklənmə səviyyəsini müəyyən etmək məqsədilə mütəxəssislər tərəfindən atmosfer havasından xüsusi cihazlarla nümunələr götürülür.
 
 
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın boya istehsalı sexində baş verib.

Yanğının mürəkkəbliyinə baxmayaraq, nazirliyinin qüvvələrinin peşəkar fəaliyyəti sayəsində genişlənərək ətraf ərazilərə, o cümlədən yanğının perimetri boyu yerləşən obyektlərə keçməsinə imkan verilmədən tam söndürülüb.

"Ərazidə yanğın tam söndürülüb, lakin yüksək temperatur müşahidə olduğundan hazırda ərazidə soyutma işləri aparılır".

Oxşar xəbərlər
Oxşar xəbərlər
İmişli hadisələrinə görə saxlanılanlara hökm oxunub
Cəmiyyət 23:26
İmişli hadisələrinə görə saxlanılanlara hökm oxunub
Ermənistan silahlı qüvvələrinin əsir və girov götürdükləri azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Cəmiyyət 21:47
Ermənistan silahlı qüvvələrinin əsir və girov götürdükləri azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Astarada yeniyetmə su anbarında boğularaq ölüb
Cəmiyyət 21:29
Astarada yeniyetmə su anbarında boğularaq ölüb
“Sputnik Azərbaycan”ın beş əməkdaşı sərbəst buraxılıb
Cəmiyyət 20:12
“Sputnik Azərbaycan”ın beş əməkdaşı sərbəst buraxılıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:23
Faktiki hava açıqlanıb
DYP hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 18:08
DYP hərəkət iştirakçılarına müraciət edib
Ötən ay 17 aptekdə yoxlama aparılıb
Cəmiyyət 17:49
Ötən ay 17 aptekdə yoxlama aparılıb
Bakıda təmirə görə bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Cəmiyyət 17:22
Bakıda təmirə görə bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Sputnik Azərbaycanda fəaliyyətini davam etdirə bilməz-Kiselyov
Cəmiyyət 16:58
Sputnik Azərbaycanda fəaliyyətini davam etdirə bilməz-Kiselyov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol