Bir qədər sonra Azərbaycanda da çimərlik mövsümünə start veriləcək. Adətən bu, iyun ayının əvvəllərində olur. Yayın istisində dənizə baş vurmaq bir çoxlarının xoşuna gələn əyləncə olsa da, təəssüf ki, bu əksəriyyət üçün faciəli bitir, yüzlərlə adam dənizdə batır.
Amma sən demə, batmamaq üçün sadəcə dənizin bəzi sirrlərini bilmək lazımdır.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, iki dalğa arasında müəyyən məsafə yaranarsa, yəni su sakit dayanarsa, qətiyyən o istiqamətə üzmək olmaz. Yəni bu şəkildə gördüyünüz kimi
Bu boşluğa RİP axıntısı deyilir və bu axıntı o sahəyə düşən adamı sürətlə dənizin dibinə çəkir. Hətta ən yaxşı üzməyi bacaran adamlar bu axıntının qarşısında aciz qalırlar.
Xəzər dənizinin sahillərində də buna oxşar boşluqlar görmək mümkündür.
Adətən, təhlükəsizlik xidmətləri həmin sahəyə xəbərdarlıq nişanı qoyurlar, amma vətəndaşların səhlənkarlığı səbəbindən buna fikir verilmir. Nəticədə ağır faciələr baş verir.
Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !