Fransanın Bakıdakı səfirliyinin iki əməkdaşı 48 saata ölkəni tərk etməlidir - XİN

14:46 | 26.12.2023
Fransanın Bakıdakı səfirliyinin iki əməkdaşı 48 saata ölkəni tərk etməlidir - XİN

Fransanın Bakıdakı səfirliyinin iki əməkdaşı 48 saata ölkəni tərk etməlidir - XİN

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, səfirliyin iki əməkdaşı "persona-non-grata” elan edilib. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.


"Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib", - XİN məlumatında deyilir. 
 
Dekabrın 26-da Milli Məclisin plenar iclasında bir neçə deputat Fransada Natavanın heykəlinin sökülməsinə qarşı çıxaraq bunu Azərbaycan mədəniyyətinə qarşı hörmətsizlik adlandırıb. 
 
Deputat Tahir Kərimli təklif edib ki, Fransa rəsmi qaydada qeyri-dost ölkə elan edilsin. 
 
Dekabrın 21-də Azərbaycanda Fransanın cəsus şəbəkəsi ifşa olunub. 
 
Noyabrın 21-də Azərbaycan Prezidenti Bakıda keçirilən beynəlxalq konfransada bildirib ki, Fransa Qafqazda yeni müharibənin başlaması üçün şərait yaradır.
 
Əliyevin sözlərinə görə, Fransa da BMT Təhlükəsizlik Şurasındakı mövqeyindən müxtəlif regionlarda "geosiyasi intriqalar” üçün istifadə edir və Qərb təşkilatlarından Paris digər ölkələrə təzyiq göstərmək üçün istifadə edir.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti