Xodorkovski siyasətlə məşğul olub-olmayacağını açıqladı

16:01 | 22.12.2013
Xodorkovski siyasətlə məşğul olub-olmayacağını açıqladı

Xodorkovski siyasətlə məşğul olub-olmayacağını açıqladı

Həbsdən azad edilmiş keçmiş neft maqnatı Mixail Xodorkovski siyasətə qayıtmaq və "YUKOS"un aktivlərinin qaytarılmasına çalışmaq niyyətində deyil. Bu barədə Xodorkovski özü "The New Times" qəzetinə müsahibəsində danışıb. 

"Mən əfv edilmək barədə məktubumda əvvəllər ictimaiyyət arasında danışmadığım şeyləri yazmışam - siyasətlə məşğul olmaq və aktivləri geri qaytarmaq fikrim yoxdur", - deyə Xodorkovski bildirib. Keçmiş oliqarx həmçinin məktubunda ona xaricə getmək imkanının verilməsini xahiş etdiyini də etiraf edib. 

Mixail Xodorkovski həmçinin bildirib ki, əgər ondan öz təqsirini etiraf etməyi tələb etsəydilər, heç vaxt əfv barədə məktub yazmazdı.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti