Xüsusi karantin rejimi yanvarın 2-dək uzadıldı - Rəsmi

11:40 | 25.09.2023
Xüsusi karantin rejimi yanvarın 2-dək uzadıldı - Rəsmi

Xüsusi karantin rejimi yanvarın 2-dək uzadıldı - Rəsmi

Azərbaycanda xüsusi karantin rejimi oktaybrın 2-dən yanvarın 2-dək uzadılıb. Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.  
 
Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVİD-19 pandemiyasının bitdiyini elan edib.

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.

Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir ki, bağlıdır.
 
27 fevral 2020-ci il tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb.
 
Gülnar 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM