"Avropa Birliyinin Ukrayna üçün ayıracağı maliyyə yardımının şərtlərini alçaldıcıdır".APA-nın “BBC” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Viktor Yanukoviç bəyan edib. “Assosiasiya haqqında sazişdə Ukraynaya 610 mln. avro məbləğində texniki maliyyə yardımı nəzərdə tutulub. Bu yardım 2010-cu ildən göstərilməli idi. Onlar bu “qəşəng konfeti” bizə 3 il nümayiş etdirərək daim deyiblər: siz onu yalnız Beynəlxalq Valyuta Fondu ilə saziş bağlayacağınız təqdirdə alacaqsınız. Mən kobud görünmək istəmirəm, lakin bizi bu cür alçaltmaq olmaz. Biz – ciddi, Avropa ölkəsiyik”, deyə prezident bəyan edib. Qeyd edək ki, Ukraynanın baş naziri Nikolay Azarov ötən gün açıqlamasında bəyan edib ki, AB ilə assosiasiya haqqında sazişin imzalanmasının “dondurulmasını” Rusiya tələb edib. O həmçinin Moskva ilə Kiyev arasında hər hansı bir kredit və ya qaz tariflərinə dair sövdələşmənin olmadığını qeyd edib. Azarovun sözlərinə görə, hökumətin belə bir qərar verməsinin səbəbi Moskvanın təzyiqi və AB ilə Beynəlxalq Valyuta Fondunun əlverişli şərtlər əsasında Ukraynaya maliyyə yardımı ayırmaqdan boyun qaçırması ilə bağlıdır. Rusiya prezidenti Vladimir Putin, öz növbəsində, Kiyevin Avropa Birliyi ilə assosiasiya sazişindən imtina etməsi qərarına cavab olaraq Ukraynalı həmkarı Viktor Yanukovuç ilə iki dövlət arasında qaz sazişinin yenidən baxılması məsələsini müzakirə etmədiyini bəyan edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !