Yeni Azərbaycan Partiyasının iclası bitib. Partiyanın gün ərzində namizədlərlərinin siyahısını açıqlayacağı gözlənilir.
Yerli mətbuat hələlik Vasif Talıbov, Eldar Quliyev, İsa Həbibbəyli, Səttar Möhbalıyevin adının olmadığını yazır.
10:26
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası başlayıb.
İclasda növbədənkənar parlament seçkilərində təqdim olunacaq namizədlərin adları açıqlanacağı gözlənilir.
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, indiyədək 20-dən çox siyasi partiya seçkilərdə iştirak üçün müraciət edib. Həmçinin 400-dən çox şəxsin seçkidə iştirakı təsdiqlənib.
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib.
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !