Yaxın günlərdə Yeni Azərbaycan Partiyası deputatlığa namizədlərinin siyahısını təqdim edəcək. Bunu Yeni Azərbaycan Partiyasının sədri Tahir Budaqov deyib.
"Hazırda siyahının hazırlanması üzərində iş gedir. Yaxın günlərdə YAP-ın İdarə Heyətinin iclası olacaq və namizədlərin siyahısı elan olunacaq.. YAP əvvəlki illərdə olduğu kimi yenə də bəzi dailərdə müstəqil namizədləri dəstəkləyəcək", - Budaqov Gününsəsi.infoya müsahibəsində bildirib.
Azərbaycanda növbədənkənar parlament seçkiləri Prezidentin sərəncamı ilə sentyabrın 1-nə təyin edilib.
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
Bundan əvvəl Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !