Yaxın zamanda Suriyada İlk İran bankı fəaliyyət göstərəcək

Yaxın zamanda Suriyada ilk İran bankı fəaliyyət göstərəcək. Bu barədə İran mətbuatı ölkənin Mərkəzi Bankının rəhbəri Rza Fərzinə istinadan yazıb.
"İran və Suriya arasında pul və bank əməkdaşlığının inkişaf etdirilməsi, ticarət-iqtisadi əlaqələrin səviyyəsinə uyğun, iqtisadi mübadilələr və iki ölkə tacirlərinin bank əməliyyatları ilə bağlı məsələlərin həlli lazımdır. İranın qonşu ölkələrlə ticarət əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində mühüm strategiyalarından biri də İranın qonşu ölkələrlə ticarət əlaqələrindən istifadə etməkdir", - bank sədri bildirib.
Rza Fərzin Suriya ilə texnoloji əməkdaşlıq üçün birgə işçi qrupunun yaradılmasını təklif edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər