Yazıçı-dramaturq Əli Əmirli məktəblilərlə görüş keçirdi

11:42 | 13.04.2015
Yazıçı-dramaturq Əli Əmirli məktəblilərlə görüş keçirdi

Yazıçı-dramaturq Əli Əmirli məktəblilərlə görüş keçirdi

Bakının 267 saylı məktəb-litseyində yazıçı-dramaturq Əli Əmirli ilə görüş keçirilib.

 

ANN.Az xəbər verir ki, yazıçı-dramaturq Əli Əmirlinin bildirdiyinə görə, müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən görüşü məktəb-litseyin direktoru Adilə Orucova giriş sözü ilə açaraq yazıçını salamlayıb və kollektivə təqdim edib.

 

 

Görüşün təşkilatçısı, dil-ədəbiyyat müəllimi Südabə Abdullayeva Əli Əmirlinin yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verərək, diqqəti yazıçının son iyirmi beş ildə daim gündəmdə olan dramaturji fəaliyyətinə yönəldib. Görüş iştirakçılarında dramaturqun teatr yaradıcılığı haqqında əyani təsəvvür yaratmaq üçün şagirdlərin internet resurslarından istifadə yolu hazırladıqları videoçarx nümayiş etdirilib. Videoçarxda dramaturqun müxtəlif illərdə, müxtəlif teatrlarda tamaşaya qoyulmuş "Bala - başabəla", Şah Qacar", "Mən səni sevirəm - M.S.S", "Mesenat" və sair əsərlərindən parçalar əksini tapıb. Daha sonra məktəbin fəal şagirdləri dramaturqun "Mən səni sevirəm - M.S.S" əsərindən bir parçanı öz ifalarında səsləndiriblər.

 

 

Görüşün sonunda Əli Əmirli müəllimlərin və şagirdlərin Akademik Milli Dram Teatrında birgə baxdıqları "Şah Qacar" tamaşası ilə bağlı çoxsaylı suallarını cavablandıraraq Azərbaycan mədəniyyətində, o cümlədən ölkəmizin teatr həyatında gedən coşqun yaradıcılıq işlərindən və sürətli inkişaf prosesindən danışıb.

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti