Yaz sessiyasının ilk iclasının gündəliyi - SİYAHI

11:28 | 26.01.2018
Yaz sessiyasının ilk iclasının gündəliyi - SİYAHI

Yaz sessiyasının ilk iclasının gündəliyi - SİYAHI

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının gündəliyi məlum olub.

AzVision.az-ın məlumatına görə, parlamentin fevralın 1-də keçiriləcək yaz sessiyasının ilk iclasının gündəliyinə 15 məsələ daxildir.

Bunlar "Sosial sığorta haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Peşə təhsili haqqında", "Dərman vasitələri haqqında”, "Terrorçuluğa qarşı mübarizə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunlara, o cümlədən İnzibati Xətalar və Tikinti məcəllələrinə dəyişiklik layihələridir.

Bundan başqa, iclasda parlamentin İntizam və Hesablayıcı komissiyalarının tərkibi və 2018-ci ilin qanunverici işlər planı təsdiqlənəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM