Dekabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda gənc yazıçı Təranə Vahidin “Mütərcim” nəşriyyatında dərc olunmuş “Cənnətdən yuxarı… hekayələr, esselər, miniatür duyğular” kitabının təqdimatı keçirilib.Kitaba tanınmış yazıçı - dıramaturq Əli Əmirli “Ön söz” yazmışdır. Kitabın redaktoru şair Qulu Ağsəsdir.AzərTAc xəbər verir ki, AYB-nin katibi Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyinin və “525-ci qəzet”in layihəsi ilə “Mütərcim” nəşriyyatında çap olunmuş kitab haqqında məlumat verib.Bildirilib ki, kitabdakı “Səma çiçəyi”, “Cəza”, “Ölümsüzlük”, “İntihar”, “Quyu” və digər yazıları ilə oxucuların rəğbətini qazanmış gənc, istedadlı yazıçının əsərləri radio dalğalarında və dövrü mətbuatda dəfələrlə təqdim edilib.Təqdimat mərasimində “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçı-dramaturq Əli Əmirli, tanınmış rejissor Ramiz Həsənoğlu, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli, yazıçı-publisist Südabə Ağabalayeva və digər çıxış edənlər kitabdakı kövrək hisslər yaşadan əsərlərdə yazıçının oxucuda Vətən nisgili, həzin ovqat doğurduğunu bildiriblər.Sonda Təranə Vahid tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, imzası ilə kitabını oxuculara təqdim edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !