Yazıçılar Birliyinin yeni saytı digər ədəbi portallarla yarışacaq

18:40 | 19.12.2013
Yazıçılar Birliyinin yeni saytı digər ədəbi portallarla yarışacaq

Yazıçılar Birliyinin yeni saytı digər ədəbi portallarla yarışacaq

“Yazıçılar Birliyinin yeni yaradılacaq ayb.az saytı elektron ədəbiyyat aləmində canlanam yaradacaq”. Saytın ideya müəllifi və qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rza Modern.az-a bildirib ki, portalının açılışı dekabrın 25-də AYB-nin Natəvan klubunda olacaq.“Ayb. az gündəlik yenilənən bir sayt olacaq. Sayt geniş auditoriya üçün nəzərdə tutulub. Saytda xəbərlər, köşə yazıları, ayrıca şeirlər, hekayələr, bayatılar, qəzəllər, romanlar bölümü var. Hər kəslə əməkdaşlıq arzusunda olan saytın sosial şəbəkələrə keçidi olacaq. Bu isə tanınmış saytlarda olduğu kimi müəlliflərin yazılarının daha çox oxucu tərəfindən oxunmasına yardımçı olacaq. Ölkələr bölümündə əməkdaşlıq edə  bildiyimiz, əlaqələrimizin olduğu müxtəlif ölkələr var. Amerika, Hollandiya, Finlandiya, İsveç, Türkiyə, Gürcüstan, Danimarka və s. bu ölkələrdən də müəllif yazıları  yerləşdirəcəyik.” 

X. Rzanın sözlərinə görə, kulis.az, 1937.az, kultura.az saytları ilə fərq yaratma istəyi yoxdur. “Məqsəd aktiv və maraqlı bir sayt yaratmaqdır. Ümumiyyətlə, ayb.az onlsrdan heç bir funksiyası və bölümü ilə  geri qalmayacaq. Məsələn elə ölkələr bölümü ilə fərqlənmiş olacağıq. Bundan başqa Azərbaycanın müxtəlif bölgələri ilə sıx əməkdaşlıq ediləcək”.

 Modern.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti