• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Yeddi il əvvəl ölən adam radara düşdü - VİDEO

Yeddi il əvvəl ölən adam radara düşdü - VİDEO
05.07.2022 12:14
İsmayıllıda yeddi il əvvəl ölmüş şəxsin adına cərimə protokolu göndərilib.

Əsgər Canaliyevin ailəsi evlərinə gələn bu məktubdan narahat olublar.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən isə bildirib ki, həmin tarixdə Türkiyəyə məxsus yük avtomobili qayda pozuntusu törədib. İdarənin mərkəzi informasiya sistemində Türkiyəyə məxsus avtomobillərin qeydiyyatı mövcud olmadığından həmin elektron protokol eyni nömrədə olan nəqliyyat vasitəsinin sürücüsünün adına qeydiyyata alınıb. Sonradan bu texniki səhv aradan aldırılıb.

Vəfat etmiş şəxsin adına gələn elektron qərarda göstərilir ki, Canaliyev Əsgər Biniyət oğlu bu il iyun ayının 19-da Abşeron-Aşağı Güzdək yolunun 35-ci kilometrliyində avtomobillə radara düşüb. Və o, 50 manat məbləğində cərimələnib.

Mərhum Əsgər Canaliyevin oğlu Xəqani Canalıyev bildirir ki, məsələnin belə olması onu çox narahat edib.

Məsələyə Baş Dövlət Yol Polis İdarəsi də münasibət bildirib.

İdarənin inspektoru Toğrul Nəsirlinin sözlərinə görə, heç bir sürücü törətmədiyi yol hərəkəti qayda pozuntusuna görə inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə halla qarşılaşan sürücülər Baş Dövlət Yol Polis İdarəsinə məlumat versinlər.
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məhkəmə “Sputnik Azərbaycan”ın əməkdaşları ilə bağlı qərar verib
Cəmiyyət 23:01
Məhkəmə “Sputnik Azərbaycan”ın əməkdaşları ilə bağlı qərar verib
Abşeron Gənclər şəhərciyində partlayış baş verib - Video
Cəmiyyət 21:50
Abşeron Gənclər şəhərciyində partlayış baş verib - Video
Şəmkirdə istixana yanıb
Cəmiyyət 21:32
Şəmkirdə istixana yanıb
“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:07
“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb - Yenilənib
DTX və DSX birgə əməliyyat keçirib
Cəmiyyət 19:00
DTX və DSX birgə əməliyyat keçirib
Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradılıb
Cəmiyyət 18:57
Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradılıb
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb
Cəmiyyət 18:30
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
Cəmiyyət 18:19
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
Bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Cəmiyyət 17:53
Bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol