Xəbər verdiyimiz kimi, iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib. Mərasimdə Prezident İlham Əliyev də iştirak edib.
Nazirlik tərəfindən qadın şəhidimizin ailəsinə mənzil təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer, 1989-cu il təvəllüdlü Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib.
Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub və Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilib.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif olunub.
O, ölümündən sonra Beynəlxalq "Florence Nightingale” medalına layiq görülüb.
Arəstə Baxışovanın Zəhra və Mərdan adlarında iki övladı bizə əmanət qalıb. Onun övladları şəhidimizin anası Məktubə Baxışovanın himayəsindədir.
Fotolar: Bakupost.az
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !