Dünya Alpağut Federasiyası - Turan Döyüş sistemləri ( W.A.F- World Alpagut Federation ) beynəlxalq idman təşkilatı rəsmi olaraq qeydiyyatdan keçib.Bunu
ANN.Az-a açıqlamasında döyüş sənəti sistemlərinin və təşkilatının yaranmasının ideya müəllifi və qurucusu, tanınmış beynəlxalq dərəcəli idman ustası, türk döyüş sənəti ustası Vasif Namazov deyib. Vasif Namazov “alpağut” adını, 11-ci yüzillikdə Mahmud Qaşqarlının yazdığı Türk Dialektlərinin Lüğəti “Divanü Lüğәtit Türk” götürüb. Bu lüğət türkçə bilinən ən qədim lüğətlərdən biridir. “Alpağut” adı "Divani lüğət it-türkdə" bеlə açıqlanır: "Tək başına düşmənə qalib gələn, ələ kеçməyən igid". Hazırda Vasif Namazov imtahan proqramını, təlim proqramını, hakimlik proqramını, özünümüdafiə ( küçə döyüşü) proqramını və eyni zamanda yarışma proqramlarını hazırlayır. Məlumata görə, burada 3 sistemli (A, B, C) yarışma qaydaları olacaq. 1-ci sistem "Aypara" (Hilal) , 2-ci sistem "Batur" (Cəngavər), 3-cü sistem isə "Caymaz" (Cəsur) adlanır.Türk xalqlarının döyüş sənətlərindən, ortaq idman mədəniyyətindən seçilərək, ortaya qoyulacaq bu döyüş sənətinin ümümi terminalogiya bazasının hazırlanmasında Vasif Namazov tanınmış tarixçi, dilçi, türkoloqlardan məsləhətlər alır.
Seymur ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !