"Məmmədli" nəşriyyatı yeni - "İngiliscə-Azərbaycanca [izahlı] kompüter terminləri lüğəti"ni çapdan buraxıb. Bu, lüğətin işlənmiş və əlavələr olunmuş 3-cü nəşridir. İlk dəfə lüğət 2014-cü ildə 600 nüsxə ilə buraxılmışdı.
Lüğəti tərtib edən Rafiq Məmmədli deyir ki, bu nəşrdə lüğətə 300-ə qədər yeni termin əlavə edilib, bir çoxlarının izahı yenidən işlənib, 50-dək aktual olmayan söz və ifadə lüğətdən çıxarılıb. Lüğətin üslubu istifadə üçün daha da asanlaşdırılıb. Ən əsas isə lüğətin kağız nəşri ilə eyni zamanda tamamilə pulsuz elektron versiyası da [enaz.online] hazırlanıb işə salınıb. Lüğətin proqram əlavələrini proqramçı Emin Hüseynov həyata keçirib.
Lüğət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə nəşr olunur.
Kitabın ön sözündə belə yazılıb:
Kitabı paytaxtın kitab mağazalarından əldə eləmək olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !